Əlyazmalar İnstitutu Azərbaycan şairi Molla Əli Talibinin "Divanı"nın əlyazma surətini əldə edib

Əlyazmalar İnstitutu Azərbaycan şairi Molla Əli Talibinin "Divanı"nın əlyazma surətini əldə edib
# 04 aprel 2017 10:06 (UTC +04:00)

Əlyazmalar İnstitutu Azərbaycan şairi Molla Əli Talibinin "Divanı"nın əlyazma surətini əldə edib.

İnstitutdan APA-ya verilən xəbərə görə, 1888-1943-cü illərdə yaşamış Azərbaycan şairi Molla Əli Talibinin "Divan"ının əlyazma surətini Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov əldə edə bilib.

Qeyd edək ki, M.Ə.Talibi Cəbrayılda anadan olub və 1913-cü ildə Türkiyəyə köçərək ömrünün sonuna qədər burada yaşayıb. O, atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR