Şirvanda özünü Kür çayına atan qadın xilas edilib - YENİLƏNİB

Şirvanda özünü Kür çayına atan qadın xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2018 07:54 (UTC +04:00)

Şirvanda özünü Kür çayına atan qadın xilas edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, xilas edilən 1990-cı il təvəllüdlü Hacıyeva Aygün İbrahim qızı, və onu sudan çıxaran 1970-ci il təvəllüdlü Hüseynov İlham Əlibəy oğlu Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara tibbi yardım göstərilib. Hər iki şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

***

09.22

Şirvanda qadın intihar məqsədilə özünü Kür çayına atıb.

APA-nın mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 08.30 radələrində Şirvan şəhərində Kür çayının üzərindən keçən körpüdən bir nəfər qadın özünü çaya atıb. Yaxınlıqda olan şəxslər onu xilas etməyə çalışırlar. Hazırda xilasetmə tədbirləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR