SOCAR "AzMeCo"ya görə "Aqrarkredit"ə 394 mln. manat ödəyib

SOCAR "AzMeCo"ya görə "Aqrarkredit"ə 394 mln. manat ödəyib
# 07 iyul 2017 08:30 (UTC +04:00)

SOCAR "Azerbaijan Metanol Company" MMC-nin ("AzMeCo") alınması üçün "Aqrarkredit" QSC-yə 394 mln. manat ilkin ödəniş edib.


"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında bildirilir.

Qeyd edək ki, "AzMeCo" hələ də SOCAR-ın balansına keçməyib.

Bundan öncə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, "AzMeCo" SOCAR-a birbaşa satılacaq, əqdin dəyəri 520 mln. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR