Fevralda banklar kreditləşməni 1%-ə yaxın azaldıb

Fevralda banklar kreditləşməni 1%-ə yaxın azaldıb
# 05 aprel 2018 08:51 (UTC +04:00)

Bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin martın birinə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 147,2 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 95 mln. manat və ya 0,85% azalma deməkdir.

Ümumiyyətlə 1 il ərzində banklar kreditləşməni 4 mlrd. 248,7 mln. manat və ya 27,6% azaldıb.

Hesabat dövründə banklar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 mlrd. 469,9 mln. manat məqsədli ehtiyat ayırıb. Bu, yanvar ayındakı göstəricidən 15,6 mln. manat və ya 1,05% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR