Zinəddin Zidan “Real”ın baş məşqçisi postundan istefa verib

Zinəddin Zidan “Real”ın baş məşqçisi postundan istefa verib
# 31 may 2018 13:22 (UTC +04:00)

Madrid “Real”ın baş məşqçisi Zinəddin Zidan istefa verib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis artıq “Kral klubu”nu çalışdırmayacağını açıqlayıb. Onun komandanın rəhbəri Florentino Pereslə görüşdən sonra qərar verdiyi bildirilir.

Qeyd edək ki, “Real” Zidanın rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR