Göyçayda iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb

Göyçayda iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb
# 06 dekabr 2017 10:51 (UTC +04:00)

Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

“Range Rover” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir ailənin üzvləri, İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri - 1962-ci il təvəllüdlü Yediyarov Əlfəddin Qəhrəman oğlu, 1955-ci il təvəllüdlü Yediyarov İzafəddin Qəhrəman oğlu, 1957-ci il təvəllüdlü Yediyarova Gülsənəm Səhrab qızı, 1961-ci il təvəllüdlü Yediyarova Nazeka Əşrəf qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR