Azərbaycan fond bazarında brokerlərin aprel ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin aprel ayı üçün renkinqi
# 14 may 2018 13:16 (UTC +04:00)

2018-ci ilin aprel ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 2 mlrd. 107 mln. 189,269 min manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 2 mlrd. 055 mln. 295,560 min manat olan broker xidmətləri göstərmiş “Unicapital İnvestisiya Şirkəti” ASC tutur.

Renkinqdə üçüncü yerdə 1 mlrd. 802 mln. 105,287 min manat olan broker xidmətləri göstərmiş “İnvest-Az İnvestisiya Şirkəti” QSC, dördüncü yerdə 1 mld. 655 mln. 263,352 min manatla “AzFinance İnvestisiya Şirkəti” QSC, beşinci yerdə 536 mln. 034,447 min manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, altıncı yerdə isə 218 mln. 242,521 min manatla “PSG Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR