Göygöldə qəzada ölən piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Göygöldə qəzada ölən piyadanın şəxsiyyəti məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 30 iyul 2017 14:21 (UTC +04:00)

Bu gün Göygöldə qəzada ölənin şəxsiyyəti məlum olub.

APA-nın Qərb bürosunun məlumata görə, “VAZ 2107” markalı avtomobilin yolu keçmək istəyərkən vurduğu şəxs Gəncə şəhər sakini 1955-ci il təvəllüdlü Tahir Rəhimov olub.

Qeyd edək ki, ağır xəsarət alan T. Rəhimov sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

***

saat 12.31

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Qərb bürosunun məlumata görə, hadisə Gəncə-Daşkəsən yolunda, Göygöl rayonunda yerləşən mal bazarının yaxınlığında qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 40 yaşlı kişini vurub. Sürücü onu xəstəxanaya apararkən yolda ölüb.

Fakt bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR