Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
# 20 iyul 2018 21:03 (UTC +04:00)

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Xan Qərvənd kəndində baş verib. Hələ ki markası məlum olmayan hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Ziyəddin Əli oğlunu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR