Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
# 17 mart 2018 21:48 (UTC +04:00)

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan avtomobilə çırpılması nəticəsində iki nəfər şəhər sakini, 1996-cı il təvəllüdlü Hacıyev Asim və 1995-ci il təvəllüdlü Ruşanov Orxan müxtəlif bədən xəsarətləri alıblar. A. Hacıyevə tibbi yardım göstərildikdən sonra o ambulator müalicəyə buraxılıb. O. Ruşanov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı-hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR