Bakıda evdən oğurluq edən şəxs tutulub

Bakıda evdən oğurluq edən şəxs tutulub
# 16 yanvar 2020 12:02 (UTC +04:00)

Ötən il dekabrın 8-də Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində kirayədə yaşayan K.Quliyevanın yaşadığı evdən açıq qapıdan daxil olmaqla 300 manat pul və mobil telefon oğurlanıb.

APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində daxil olan müraciət əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə oğurluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Ə.Həsənov müəyyən olunaraq tutulub.

Şübhəli şəxsin ətrafında müvafiq araşdırmalar davam etdirilir. Onun digər oğurluq əməlləri törətməsi istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR