DGK sədri Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının iclasında iştirak edir

DGK sədri Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının iclasında iştirak edir
# 04 noyabr 2017 07:49 (UTC +04:00)

Kolumbiyanın Kartagena şəhərində bu ölkənin Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi öz işini yekunlaşdırıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, noyabrın 3-də isə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının (IAAOE) 1-ci iclası keçirilir. İclasda "Səlahiyyətli İqtisadi Operator: Amerika və Avropada irəliləyişlər və çağırışlar", "İdarəçilik və müvəffəqiyyət" və s. mövzularda məruzələr dinlənilib.

Xatırladaq ki, beynəlxalq toplantıda DGK sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR