Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqələri açılacaq

Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqələri açılacaq
# 15 mart 2018 12:53 (UTC +04:00)

Martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılacaq.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski bildirib.

O qeyd edib ki, məntəqə səfirliyin konsulluq binasında saat 8-dən saat 20:00-dək açıq olacaq: "Həmin müddətdə Azərbaycanda olan bütün Rusiya vətəndaşlarını səsvermədə iştirak etməyə çağırırıq".

Diplomat martın 17-də isə Gəncədə seçki məntəqəsinin açılacağını deyib. Heydər Əliyev meydanındakı İnzibati binada (Rus icması otağı) fəaliyyət göstərəcək məntəqə saat 10-dan 16.00-dək açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR