"Moody`s" "Xalq Bank"ın reytinqi üzrə proqnozunu neqativ səviyyədə saxlayıb

"Moody`s" "Xalq Bank"ın reytinqi üzrə proqnozunu neqativ səviyyədə saxlayıb
# 06 fevral 2017 13:24 (UTC +04:00)

"Moody’s Investors Service" beynəlxalq reytinq agentliyi "Xalq Bank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2", proqnozu neqativ səviyyəsində saxlayıb. Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.

Bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb - B1(cr) / Not Prime(cr).

Perspektivləri dəyərləndirən "Moody’s" təhlilçiləri bəyan ediblər ki, "Xalq Bank"ın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR