Ağdaşda 4 otaqlı ev yanıb

Ağdaşda 4 otaqlı ev yanıb
# 10 yanvar 2017 19:15 (UTC +04:00)

Ağdaşda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 və 1 otağının tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR