Əfqanıstanda hava zərbələri nəticəsində 14 dinc sakin ölüb

Əfqanıstanda hava zərbələri nəticəsində 14 dinc sakin ölüb
# 20 iyul 2018 01:41 (UTC +04:00)

Əfqanıstanın Gündüz şəhəri yaxınlığında taliblərin mövqelərinə endirilən hava zərbələri nəticəsində qadın və uşaqlar daxil olmaqla 14 dinc sakin həlak olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, faktı təsdiqləyən Əfqanıstan müdafiə nazirliyinin nümayəndəsi Məhəmməd Rədvan bildirib ki, ölənlərin dəqiq sayı müəyyənləşdirilir.

Hava zərbələrinin Əfqanıstan və yaxud ABŞ aviasiyası tərəfindən endirildiyi hələ ki, məlum deyil. ABŞ hərbçiləri hadisədə onların təyyarələrinin iştirak etdiyinin heç bir əlaməti olmadığını bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR