Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il aksiyası keçirilib - FOTO

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il aksiyası keçirilib - FOTO
# 05 yanvar 2020 22:20 (UTC +04:00)

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün "AMORKIDS" Yeni il aksiyası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Qorki parkında keçirilən aksiya "AMOR" könüllüləri tərəfindən təşkil olunub.

Şaxta Baba uşaqlara Yeni il hədiyyələri paylayıb. Uşaqlar "AMOR" könüllüləri tərəfindən keçirilən müsabiqələrdə, oyunlarda iştirak ediblər.

Qeyd edək ki, "AMORKIDS" Yeni il aksiyası hər il keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR