Gürcüstanın Respublika Günü münasibəti ilə 100-dən çox tədbir keçiriləcək

Gürcüstanın Respublika Günü münasibəti ilə 100-dən çox tədbir keçiriləcək
# 11 aprel 2018 10:15 (UTC +04:00)

“Gürcüstanda ilk demokratik respublikanın yaradılmasının 100 illiyi ilə bağlı 100-dən çox tədbir keçiriləcək”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, 100 illik yubileylə bağlı 30-dan çox ölkədə Gürcüstanın diplomatik nümayəndəliklərində il ərzində tarixi foto sərgilər, ölkənin mədəniyyəti və ənənələrinə həsr olunmuş müxtəlif təbdirlər təşkil olunacaq.

M. Canelidze qeyd edib ki, 27-28 may tarixində Tbilisidə diaspora forumu baş tutacaq: “Mayın 27-də Diaspora günü qeyd olunur və Tbilisidə keçiriləcək forumda 300-dən artıq diaspor təşkilatı iştirak edəcək. Diaspor nümayəndələri ilk respublikanın 100 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR