Zaqatalada zəlzələ nəticəsində məktəblərə ziyan dəyməyib

Zaqatalada zəlzələ nəticəsində məktəblərə ziyan dəyməyib
# 06 iyun 2018 10:32 (UTC +04:00)

Dünən axşam saatlarında Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ziyan dəyməyib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərin divarlarında xırda çatlar yaranıb.

Qeyd olunub ki, baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR