Küveytin Qətər böhranında yeganə vasitəçi olduğu bəyan edilib

Küveytin Qətər böhranında yeganə vasitəçi olduğu bəyan edilib
# 30 iyul 2017 16:02 (UTC +04:00)

Qətərə qarşı boykot tətbiq edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir böhranın tənzimlənməsində Küveyti yeganə vasitəçi kimi qəbul edir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün dörd ölkənin xarici işlər nazirlərinin Manamada görüşündən sonra Bəhreyn xarici işlər naziri Xalid Ben Əhməd bəyan edib.

Bəhreyn xarici işlər naziri Küveyt əmiri As-Sabahın vasitəçilik missiyasının uğurlu olacağına ümid etdiklərini söyləyib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir xarici işlər nazirlərinin görüşündən sonra Qətər qarşısında irəli sürülən 13 tələbin qüvvədə olduğu bəyan edilib. Eyni zamanda bu ölkələr Qətərin terrorizmə dəstəyi dayandırdığını sübut etdiyi halda dialoqa hazır olduqlarını açıqlayıblar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir bu ilin iyun ayında Qətəri terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə qarışmaqda günahlandıraraq bu ölkə ilə diplomatik əlaqələri dayandırıb, boykot qərarı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR