Milli komandamızın futbolçusu Latviya klubuna keçib

Milli komandamızın futbolçusu Latviya klubuna keçib
# 26 fevral 2019 16:46 (UTC +04:00)

Bakının “Neftçi” klubunun futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək. ONA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı müdafiəçi Latviyanın "Dauqavpils” klubuna keçib.
E.Sərkərov yeni komandası ilə müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, futbolçu başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Həmçinin, Azərbaycanın U-21 milli komandasının üzvü vətənə qayıdacağı halda, ilk seçimini "Neftçi” üzərində edəcək.
Qeyd edək ki, E.Sərkərov bu mövsüm “Neftçi”nin heyətində 6 oyunda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR