Pakistan səfiri: “İki ölkə arasında münasibətlərdə yüksəliş var”

Pakistan səfiri: “İki ölkə arasında münasibətlərdə yüksəliş var”
# 08 avqust 2017 09:54 (UTC +04:00)

Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur.

APA-nın məlumatına görə, bununla əlaqədar Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransı keçirib.

Səfir bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Baş nazirin ötən ilin oktyabrında Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yüksəliş var. Prezident İlham Əliyev bu il ECO sammiti çərçivəsində Pakistana səfər etdi. Bu səfər çərçivəsində məhsuldar görüşlər keçirildi, ticarət dövriyyəsinin artırılması, iqtisadi və hərbi əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Müzakirələr zamanı qeyd olundu ki, ticarət dövriyyəsi potensialdan çox aşağıdır və 3 ildə 10 dəfə artırılmalıdır. 19-21 iyunda Pakistan fövqəladə hallar naziri Azərbaycanda səfərdə oldu. Səfər zamanı tərəflər əməkdaşlığın gücləndirmək, treninqlərin keçirilməsinə üstünlük vermək barədə razılıq əldə etdilər”.

Səfir qeyd edib ki, Azərbaycan noyabrın 9-12-də Karaçi “Expo Center”də keçiriləcək “Expo Pakistan” sərgisinə dəvət olunub. O bildirib ki, bu sərgi ənənəvi olaraq hər il keçirilir və 60-dan çox ölkə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR