Nazir: “Azərbaycanda pensiya sisteminin inkişafına dair yol xəritəsinə ehtiyac var”

Nazir: “Azərbaycanda pensiya sisteminin inkişafına dair yol xəritəsinə ehtiyac var”
# 05 mart 2019 11:58 (UTC +04:00)

“Azərbaycanda pensiya sisteminin gələcək inkişafı xəritəsinə ciddi ehtiyac var”.

ONA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı, nazirlik konseptual işini yekunlaşdırdıqdan sonra il ərzində yol xəritəsini təqdim edə biləcək.

"Biz bu işə xarici və yerli ekspertləri də cəlb etmişik. Ümumilikdə Azərbaycanın pensiya sisteminin dayanıqlı inkişafına dair uzunmüddətli proqramlaşdırma və proqnozlaşdırılma aparılmalıdır. Bu proqnozlaşdırma pensiya sisteminin əhatə dairəsini nəzərə alaraq, tək 5-10 illik olmur, 20-30 həttta 50 illik aktual hesablamalar üzərindən proqnozlaşdırma hazırlanır. Hazırda Azərbaycanda pensiyaçıların dinamikasi, onların yaşayış minimumları, inflyasiya səviyyələri, əhalinin iqtisadi inkişaf meylləri nəzərə alınaraq, onların gələcək pensiya təminatı müzakirə olunur",- deyə nazir qeyd edib.

Nazir deyib ki, Azərbaycanda pensiya sisteminin ilk 2 mərhələsi uğurla fəaliyyət göstərir, minimum baza pensiya sistemini əvəz edir və sığorta sistemi işləyir.

"Lakin pensiya sisteminin gələcək inkişafında daha 2 mərhələ var. Bu sistem daimidir, dinamikdir. Bütün dünyada pensiya sisteminə dair hər 2-3 ildən bir təkmilləşdirmələr aparılır. Biz də düşünürük ki, Azərbaycanın pensiya sistemi beynəlxalq standartlara uyğun fəaliyyət göstərən bir sistem, bir mexanizm olmalıdır", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR