ATƏT: İlin əvvəlindən Donbasda 341 dinc sakin ölüb və yaralanıb

ATƏT: İlin əvvəlindən Donbasda 341 dinc sakin ölüb və yaralanıb
# 07 avqust 2017 21:14 (UTC +04:00)

İlin əvvəlindən Ukraynanın Donbas bölgəsində hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bəyan edib.

“Yanvarın 1-dən hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaxud yaralanıb. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur”, deyə A.Huq bildirib.

BMT-nin hesablamalarına əsasən, 2014-cü ildən Ukraynanın cənub-şərqində davam edən silahlı münaqişə 10 mindən çox insanın həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR