Kürdə çimən Şirvan sakininin boynu sınıb

Kürdə çimən Şirvan sakininin boynu sınıb
# 11 avqust 2017 09:03 (UTC +04:00)

Kür çayında çimən 48 yaşlı kişi xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Həsənov Rövşən Sarıbala oğlu dostları ilə Kür çayında çimərkən suya tullanan zaman ciddi xəsarətlər alıb. R.Həsənov qapalı onurğa beyni travması və 7-ci boyun fəqərəsinin sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.

Hadisədən sonra onun ayaqlarının iflic olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR