Rusiya aviasiyası Suriyada İŞİD-ə məxsus zirehli texnika karvanını məhv edib

Rusiya aviasiyası Suriyada İŞİD-ə məxsus zirehli texnika karvanını məhv edib
# 02 sentyabr 2017 20:40 (UTC +04:00)

Rusiya aviasiyası Suriyada İŞİD-ə məxsus iri zirehli texnika karvanını məhv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İŞİD texnikasının məhv etdirilməsini əks etdirən video Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc olunub.

Məlumata görə, Rusiya aviasiyası Suriyanın Deyr-ez-Zor əyalətində iki sutka ərzində İŞİD-ə məxsus 30 ədəd texnika məhv edib.

Suriya hökumət qüvvələri bu arada əyalətin inzibati mərkəzi olan Deyr-ez-Zor şəhəri istiqamətində uğurla irəliləməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR