Bakıda 93 ədəd qaz sayğacını oğurlayan şəxslərə hökm oxunub

Bakıda  93 ədəd qaz sayğacını oğurlayan şəxslərə hökm oxunub
# 10 yanvar 2020 15:40 (UTC +04:00)

Xəzər Rayon Məhkəməsində 93 ədəd qaz sayğacını oğurlamaqda təqsirləndirilən Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlunun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər 2018-2019-cu illərdə Xəzər rayonunun Qala, Şüvəlan və Türkan qəsəbələrində ayrı-ayrı ünvanlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə quraşdırılmış 93 ədəd qaz sayğacını oğurlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR