Bakıda Hindistanın milli bayramı qeyd edilib

Bakıda Hindistanın milli bayramı qeyd edilib
# 26 yanvar 2018 16:55 (UTC +04:00)

Bu gün Bakıda Hindistan Respublikasının 69-cu ildönümü münasibətilə qəbul və mədəni proqram təşkil edilib.

APA-nın xəbərinə görə, tədbirdə Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının, diplomatik korpusun nümayəndələri iştirak edib.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana çıxış edərək ölkəsində vətəndaşların rifahı və davamlı, inklusiv inkişaf üçün həyata keçirilən böyük iqtisadi islahatlardan söz açıb. O, Hindistanın Azərbaycanla bütün sahələrdə dostluğu və əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu vurğulayıb.

Səfirin sözlərinə görə, Azərbaycan və Hindistan arasında qarşılıqlı əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Səfir hər iki ölkənin Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizini inkişaf etdirmək üzərində çalışdığını qeyd edib: "Hindistan 2017-ci ilin noyabrında fəaliyyət göstərməyə başlayan İrandakı Çanbahar limanını inkişaf etdirib və bu liman Hindistan limanlarını Azərbaycan və digər ölkələrlə birləşdirəcək".

Səfir bildirib ki, Hindistanın ONGC - Videsh şirkəti Azərbaycanın neft və qaz sektorunda paya malik tərəfdaşıdır. Səfir qeyd edib ki, Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı ( İTEC) çərçivəsində Azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində xərclərin tam qarşılandığı təlim proqramları və İCCR təqaüd proqramı təklif edir. Səfir deyib ki, 2017-ci ildə iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi 60 %-dən artıq artaraq 540 milyon ABŞ dollarına çatıb.

Tədbirdə çıxış edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Hindistan xalqına sülh və firəvanlıq arzu edib. O, xalqların rifahı naminə Azərbaycan və Hindistan arasında dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafına ümidini ifadə edib. O, tibb və əczaçılıq, infrastruktur, İT və telekommunikasiyalar, kənd təsərrüfatı, enerji, o cümlədən alternativ enerji, səhiyyə və turizm sektorlarında Azərbaycanın Hindistanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR