Mingəçevirdə yol qəzasında iki nəfər xəsarət alıb

Mingəçevirdə yol qəzasında iki nəfər xəsarət alıb
# 25 fevral 2019 09:22 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

“VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində biri yüngül olmaqla iki nəfər xəsarət alıb. Onlardan biri dərhal hadisə yerindən uzaqlaşıb. Müxtəlif bədən xəsarətləri alan 1955-ci il təvəllüdlü şəhər sakini Əhmədov Elçin Şəhriyar oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR