ABŞ-ın keçmiş prezidenti Şimali Koreyaya səfər etməyi planlaşdırır

ABŞ-ın keçmiş prezidenti Şimali Koreyaya səfər etməyi planlaşdırır
# 10 oktyabr 2017 08:17 (UTC +04:00)

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etməyi və onun lideri Kim Çen In ilə görüşməyi planlaşdırır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın “Çunan ilbo” qəzeti məlumat yayıb.

Qeyd edək ki, 1994-cü ildə C. Karterin təşəbbüsü ilə ABŞ-la Şimali Koreya arasında birinci nüvə böhranından çıxmağa dair Cenevrə razılaşması əldə olunub. Bir neçə gün əvvəl “ Washington Post “ eks-prezidentin ABŞ-ı sülh danışıqları və ya 2 Koreya dövlətinin də iştirakı ilə çoxtərəfli danışıqlar üçün Şimali Koreyaya nümayəndə heyəti göndərməyə çağırış etdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR