"Petlim"in ikinci fazasının tikintisi yekunlaşıb

"Petlim"in ikinci fazasının tikintisi yekunlaşıb
# 18 sentyabr 2017 12:23 (UTC +04:00)

SOCAR-ın Türkiyədəki aktivi olan "Petkim Konteyner Limanı"nın ("Petlim") ikinci fazasının tikintisi tamamlanaraq istifadəyə verilib.

"APA-Economics" xəbər verir ki, ötən il Ege bölgəsinin ən böyük limanı olan "Petlim"in birinci fazasında tikinti işləri yekunlaşaraq istifadəyə verilib.

Limanın investisiya dəyəri 450 mln. dollardır. İkinci faza istifadəyə verilməklə limanın tutumu ikiqat artaraq 1,5 mln. TEU-ya çatıb.

Qeyd edək ki, "SOCAR Turkey Energy" şirkətinə məxsus liman Hollandiyanın "APM Terminals" şirkəti tərəfindən idarə olunur.

"Petlim"in baş direktoru Doğan Çırakoğlu bildirib ki, bundan sonra liman dünyanın ən böyük konteyner gəmilərinin yan ala biləcəyi tutuma malik olacaq.

Onun sözlərinə görə, limanın işçilərinin sayı 600 nəfərə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR