Narışkin: “Vaşinqtonun yaratdığı vassallıq sistemi uğursuzluğa uğrayıb”

Narışkin: “Vaşinqtonun yaratdığı vassallıq sistemi uğursuzluğa uğrayıb”
# 04 aprel 2018 10:37 (UTC +04:00)

“ABŞ hətta öz ən yaxın müttəfiqlərinin maraqları ilə hesablaşmır. Vaşinqtonun yaratdığı ABŞ-dan vassal asılılığı sistemi uğursuzluğa uğrayıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

“Biz Vaşinqtonun yaratdığı vassallıq sisteminin uğursuzluğa uğradığını görürük. Amerikalılardan hətta ən yaxın müttəfiqləri belə üz döndərməyə başlayıblar”, - deyə S. Narışkin vurğulayıb.

O, dünya nəhənglərinə çağırış da edib: “Dünya nəhəngləri beynəlxalq münasibətlərdə “stavkalar”ın yüksəlməsinə oynamalarını bitirməlidirlər. Məsələni yeni “Karib böhranı”na gətirib çıxarmaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR