Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri ikiqat artıb

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri ikiqat artıb
# 13 dekabr 2017 07:49 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 41 mln. 220,85 min dollar dəyərində 935 min 406,01 kVt/saat elektrik enerjisi ixrac edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər evrir ki, bu, həcm baxımından ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 471 min 997,88 kVt/saat və ya 2,02 dəfə, məbləğ baxımından isə 21 mln. 345,44 min dollar və ya 2,07 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,33% təşkil edib.


Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycandan 19 mln. 875,41 dollar dəyərində 463 min 408,13 kVt/saat elektrik enerjisi ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR