Tramp: “Zəiflik göstərmək nüvə müharibəsinə gətirib çıxara bilər”

Tramp: “Zəiflik göstərmək nüvə müharibəsinə gətirib çıxara bilər”
# 04 may 2018 22:53 (UTC +04:00)

Zəiflik göstərmək nüvə müharibəsinə gətirib çıxara bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Hamı deyirdi ki, nüvə bir müharibə baş verəcək. Nüvə müharibəsinə nə səbəb olacaq, bilirsinizmi? Zəiflik göstərmək nüvə müharibəsinə gətirib çıxara bilər”, deyə D.Tramp qeyd edib.

O həmçinin əlavə edib ki, ABŞ-ın Koreya yarımadasında apardığı uğurlu siyasət davam edir.

Qeyd edək ki, yaxın zamanlarda D.Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR