"Günay Bank"da problemli kreditlər 79 dəfə azalıb

"Günay Bank"da problemli kreditlər 79 dəfə azalıb
# 31 oktyabr 2016 11:48 (UTC +04:00)

"Günay Bank" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin III rübündə 97,568 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,13% artıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 1,1% azalaraq 88,515 mln. manat olub. İstehlak kreditlərinin həcmi 77,6 min manat təşkil edib ki, bu da 2015-ci ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 3,4 dəfə azdır. Vaxtı keçmiş kreditlərinin həcmi isə hesabat dövründə 79 dəfə azalaraq 26,8 min manata enib.

Bankın depozit portfeli hesabat dövrü ərzində 64,3% artaraq 22,665 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 20,834 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 67,2% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 18,8% azalaraq 51,294 mln. manat təşkil etdiyi halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. 910,09 min manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,1 dəfə artaraq 5,133 mln. manat, xərcləri isə təxminən 65,3% artaraq 2,370 mln. manat olub.

Cari ilin 9 ayını "Günay Bank" 8 mln. 381 min 990 manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 4 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR