Nüfuzlu “Diplomatic World” jurnalında ilk Avropa Oyunlarına həsr olunmuş xüsusi səhifə yer alıb

Nüfuzlu “Diplomatic World” jurnalında ilk Avropa Oyunlarına həsr olunmuş xüsusi səhifə yer alıb
# 25 iyun 2015 10:59 (UTC +04:00)

Bakı – APA. Brüsseldə nəşr olunan və geniş beynəlxalq oxucu kütləsinə malik “Diplomatic World” jurnalının yay buraxılışında Bakıda keçirilən ilk Avropa Oyunlarına həsr olunmuş xüsusi məlumat səhifəsi dərc edilib.

Bu barədə APA-ya Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanındakı nümayəndəliyindən məlumat verilib.

Səhifədə ilk Avropa Oyunları barədə rəqəmlər və göstəricilər, oyunların keçirildiyi məkanların şəkilləri, eləcə də yarışan ölkələrin bayraqlarının təsviri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR