Cibutinin xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

Cibutinin xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
# 22 fevral 2017 10:18 (UTC +04:00)

Cibutinin xarici işlər naziri və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusif Azərbaycana rəsmi səfər edəcək.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər fevralın 24-25-də baş tutacaq.

Səfər zamanı onun bəzi rəsmi görüşləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla danışıqları nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR