Almaniyada çoxsaylı oğurluqda təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb

Almaniyada çoxsaylı oğurluqda təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb
# 27 yanvar 2018 09:47 (UTC +04:00)

Almaniyada çoxsaylı oğurluq etmiş azərbaycanlı və gürcü saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, saxlanılan 43 yaşlı qadın və 46 yaşlı kişi Manheym şəhərində brend geyim və parfümeriya mağazalarından 5 dəfə oğurluq edib. Oğurlanmış əşyaların dəyəri 6800 avrodan çoxdur.

Saxlanılmış şəxslərin sonuncu oğurluğu nəzarət kameraları ilə qeydə alınıb və onlar cinayət başında tutulub. Onların evində axtarış zamanı oğurlanmış əşyalar aşkar olunub.

Məhkəmə cütlüyün həbsi barədə qərar qəbul edib. Onların digər oğurluq faktları ilə əlaqəli olub olmadıqları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR