"Qala Həyat Sığorta" ötən ili 2,6 mln. manatlıq mənfəətlə başa vurub

"Qala Həyat Sığorta" ötən ili 2,6 mln. manatlıq mənfəətlə başa vurub
# 13 aprel 2017 07:39 (UTC +04:00)

"Qala Həyat Sığorta" ASC ötən il aktivlərini 2015-ci illə müqayisədə 6,9% artıraraq 45 mln. 704,74 min manata çatdırıb.

"APA-Economics" şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, həyat sığortaçısının aktivlərinin 39 mln. 97,487 min manatı (21,8% azalma) qısamüddətli, 16 mln. 607,254 min manatı (3 dəfə artıb) uzunmüddətlidir.

Hesabat dövründə şirkətin öhdəlikləri 8,2% azalaraq 27 mln. 984,529 min manat təşkil edib ki, bunun 538,487 min manatı (3,3 dəfə artıb) qısamüddətli, 27 mln. 446,043 min manatı (9,5% azalma) uzunmüddətlidir.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 70,55% artaraq 12,87 mln. manat, cəmi kapitalı isə 43,9% artaraq 17 mln. 720 min 210,86 manat təşkil edib.


Şirkət 2016-cı ili 2 mln. 589 min 472,01 manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR