Malayziyada avtobusun uçuruma düşməsi nəticəsində 13 nəfər ölüb

Malayziyada avtobusun uçuruma düşməsi nəticəsində 13 nəfər ölüb
# 24 dekabr 2016 02:31 (UTC +04:00)

Malayziyanın şərq bölgəsində sərnişin avtobusu uçuruma düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Paqox şəhəri yaxınlığında qeydə alınıb.

Paytaxt Kuala-Lumpur istiqamətində hərəkət edən avtobus qəflətən idarəetməni itirərək uçuruma düşüb. Hadisə nəticəsində sürücü daxil olmaqla azı 13 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR