ABŞ-da prezident seçkiləri üçün vaxtından əvvəl səsvermədə 42 milyon nəfər iştirak edib

ABŞ-da prezident seçkiləri üçün vaxtından əvvəl səsvermədə 42 milyon nəfər iştirak edib
# 07 noyabr 2016 22:37 (UTC +04:00)

ABŞ-da prezident seçkiləri ilə əlaqədar vaxtından əvvəl səsvermədə 42 milyon nəfər iştirak edib

APA-nın xəbərinə görə, bu barədə “United States Election Project”-in məlumatında bildirilir.

Florida ştatında erkən səsvermədə 6,4 milyon nəfər, Texas və Kaliforniya ştatlarında isə 4 milyondan çox seçici səs verib.

Vaxtından əvvəl seçkilərin keçirilməsi ABŞ-ın daha 32 ştatında və Kolumbiya dairəsində mümkündür.

Proqnozlara əsasən, seçicilərin 40% seçki günündən əvvəl səs verəcək.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək səsvermə zamanı vətəndaşlar ölkənin 45-ci prezidentini seçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR