DMX: Qanunsuz miqrantların sayı minimuma endirilib

DMX: Qanunsuz miqrantların sayı minimuma endirilib
# 17 fevral 2017 10:07 (UTC +04:00)

“Azərbaycanda qanunsuz miqrantların sayı minimuma endirilib”.

Bunu APA-ya Dövlət Miqrasiya Xidmətinin (DMX) miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov deyib.

İdarə rəisinin sözlərinə görə, qanunsuz miqrantlar dedikdə, əsasən leqal yolla ölkəyə gəlib yaşama və işləmə müddətini keçmiş şəxslər nəzərdə tutulur: “Qanunsuz miqrantlar dedikdə, o demək deyil ki, həmin əcnəbi şəxslər ölkə ərazisinə qanunsuz yolla gəliblər. Onlar qanunu əsaslarla, məsələn, viza və viza tətbiq olunmayan şəkildə ölkə ərazisində gəliblər. Sadəcə, yaşama müddətindən artıq ölkədə qalıblar və qanunsuz miqranta çevriliblər. Hər bir əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxs Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə müəyyənləşdirilir. Bu sistem vasitəsi ilə biz şəxslərin qanunsuz vəziyyətdə olduğunu aşkar edirik. Onların leqallaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadıqda həmin şəxslərin ölkədən çıxarılmasını təşkil edirik. Bəzi hallarda isə onlarla ümumi söhbətlərdən sonra özləri könüllü olaraq ölkə ərazisini tərk edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR