Taekvondo üzrə Azərbaycan çempionatının keçiriləcəyi vaxt dəqiqləşib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yeni ildə təşkil olunacaq.
Yanvarın 20-21-də ölkənin ən güclü taekvondoçularının adına aydınlıq gələcək. Bu yarışdan öncə - yanvarın 17-19-da isə gənc taekvondoçular mübarizə aparacaqlar.
Hər 2 iki yarış “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq.