Azərbaycandan Gürcüstana pul köçürmələri ötən il 8% artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri ötən il 8% artıb
# 15 yanvar 2020 12:01 (UTC +04:00)

2019-cu ilin dekabrında Azərbaycandan Gürcüstana 2,23 mln. ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.

Bildirilib ki, bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 1,29%-nə bərabər olub.

2019-cu ilin dekabrında Gürcüstandan Azərbaycana edilən köçürmələr isə 1,6 mln. dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ölkələrə ən çox pul köçürmələri həyata keçirdiyi ölkələr sırasında ilk beşliyə daxil olub.

Hesabat dövründə Gürcüstana edilən köçürmələrin ümumi məbləği 172,3 mln. dollar təşkil edib ki, bu də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,2% və ya 21,4 mln. dollar çoxdur. Gürcüstandan xaricə edilən köçürmələrin məbləği isə 25,5 mln. dollara bərabər olub ki, bu da əvvəlki ilin analoji dövründən 17,7% çoxdur.

Ümumilikdə, 2019-cu ildə Azərbaycandan Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 22,1 mln. dollardan çox olub ki, bu da əvvəlki illə müqayisədə 8,3% və ya 1,7 mln. dollar çoxdur. 2018-ci ildə bu göstərici 20,4 mln. dollar təşkil edib.

Ötən il ərzində Gürcüstandan Azərbaycana edilən pul köçürmələrinin həcmi isə 14,4 mln dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR