Gələn həftə "Dəmirbank"ın qorunmayan əmanətləri üzrə ödənişlərə başlanacaq

Gələn həftə "Dəmirbank"ın qorunmayan əmanətləri üzrə ödənişlərə başlanacaq
# 15 yanvar 2020 15:24 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənişi 23 yanvar 2020-ci il tarixindən etibarən başlanacaq.

APA-Economics” Fonda istinadən xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər. (Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Bakı ş. (012) 596 65 91/92/93)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR