Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 06 mart 2018 11:59 (UTC +04:00)

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Daş Salahlı kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə xəsarət alan 3 nəfər Qazax Müalicə Diaqnostika mərkəzinə çatdırılıb. Onlardan iki nəfərinə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Bir nəfər, 1980-ci il təvəllüdlü Vəliyev Ceyhun Mikayıl oğlu isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR