Bu il Azərbaycan təbii qaz ixracını azaldıb

Bu il Azərbaycan təbii qaz ixracını azaldıb
# 12 aprel 2018 16:58 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 168 mln. 372,66 min ABŞ dolları dəyərində 938 931,34 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ayı ilə müqayisədə 680 mln. 685,23 min kubmetr və ya 42,03% azdır. Məbləğ baxımından isə illik nisbətdə 9 797,64 min dollar və ya 36,78% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart ayında Azərbaycandan xarici ölkələrə 266 mln. 349,06 min dollar dəyərində 1 mlrd. 619 mln. 616,57 min kubmetr təbii qaz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 5,02%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR