Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb

Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb
# 10 iyul 2017 10:55 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 6-dan 8-dək olan müddətdə Məhəmmədi kəndindəki evlərdən birindən 3500 manat dəyərində qızıl əşyalar, 1 ədəd televizor "LO, 1 ədəd müvafiq sənədləri olan ST-4" markalı yivli tüfəng və 15 ədəd patron oğurlanıb.


Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mirzahid Zeynalov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR