Şirvan sakinini ilan sancıb

Şirvan sakinini ilan sancıb
# 14 avqust 2015 22:34 (UTC +04:00)

Şirvan şəhər mərkəzi xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhəri M.Müşviq küçəsi, 73 ünvanında yaşayan 1954-cü il təvəllüdlü İsgəndərova Tünzalə Zöhrab qızını ilan sancıb.

T.İsgəndərova ilansancma diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Həkimlərin bildirdiyinə görə, xəstənin həyatı üçün təhlükə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR