Türkmənistanın Azərbaycandakı səfirliyində səsvermə məntəqəsi açılacaq

Türkmənistanın Azərbaycandakı səfirliyində səsvermə məntəqəsi açılacaq
# 06 mart 2018 14:01 (UTC +04:00)

Martın 25-də Türkmənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində səsvermə məntəqəsi açılacaq.

Bu barədə məlumat APA-ya Türkmənistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, səsvermə üçün səfirlik saat 07.00-dan 19.00-dək açıq olacaq.

Səfirlik Azərbaycanda yaşayan bütün Türkmənistan vətəndaşlarını səsvermədə iştirak etməyə dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR